Ukraynada generalissimus Suvorovun heykəlini sökdülər - VİDEO

14:15 - 29 Dekabr 2022

Ukraynada generalissimus Suvorovun heykəlini sökdülər - VİDEO

Ukraynanın Odessa şəhərində çar Rusiyası ordusunun sərkərdəsi Aleksandr Suvorovun heykəlini söküblər. 

Manset.az xəbər verir ki, abidənin götürülməsini əks etdirən görüntülər yerli “Telegram” kanallarında yayılıb.

Ukrayna mətbuatı yazır ki, abidə Odessa Milli İncəsənət Muzeyinə aparılacaq.

Qeyd edək ki, ötən gün Rusiya imperatriçası II Yekaterinanın Odessadakı heykəli götürülmüşdü.

Məlumat üçün əlavə edək ki, Rusiya tarixşünaslığına görə, II Yekaterina 1794-cü ildə Qara dənizdə sonradan Odessa adlandırılacaq limanın yaradılmasını əmr edib. Buna görə ənənəvi olaraq o, şəhərin qurucusu hesab olunur.

Lakin ukraynalı tarixçilər bununla razılaşmırlar. Onlar limanın əsasının qoyulduğu yerin yaxınlığında ruslardan öncə Hacıbəy qəsəbəsinin uzun müddət mövcud olduğunu vurğulayırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az