Fransada nəfəs darlığı şikayəti ilə evinin yaxınlığındakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edən 60 yaşlı qadın, “yalnız təcili yardımla gələnlərə müalicə olunur” əsası ilə evə göndərilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, evə qayıdaraq yenidən çağırdığı təcili yardımı gözləyən qadın bu vaxt infarkt keçirərək dünyasını dəyişib.
Bu hadisəyə siyasətçilər və həkimlər sərt reaksiya verib.
Təcili yardımın həkimi Cerald Kierzek son vaxtlar ölkədə belə halların tez-tez baş verməyə başladığını bildirərək, bunun qəbuledilməz olduğunu vurğulayıb.