Çin xəstəxanaları xəstə ilə doldu - Sutkada 38 milyon yoluxma

16:25 - 29 Dekabr 2022

Çin xəstəxanaları xəstə ilə doldu - Sutkada 38 milyon yoluxma

Çin kovidlə bağlı qapanmaları aradan qaldırdıqdan sonra sutkada 38 milyon insan kovidə yoluxub.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, ölkənin bütün xəstəxana, hospital və dəfn büroları yüklənib. Artıq qurumlar xəstə və ölü axınına davam gətirə bilmir.

Çendu şəhəri həkimləri bildirir ki, xəstəxananın qarşısında təcili yardım maşınlarından uzun növbələr yaranıb. Bütün xəstələrdə Kovidin son alt ştammı və Omirkon aşkarlanır.

Dəfn bürolarının işçiləri gündə 200-300 meyiti qəbul etdiklərini bildirir. Artıq yanvara kimi bürolar doludur.

Dekabrın 20 günündə ölkədə 249 milyon insan yoluxub. Yoluxma bayramlarda daha da artacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az