Tətil səbəbindən 100-dən çox reys ləğv edildi

17:38 - 29 Dekabr 2022

Tətil səbəbindən 100-dən çox reys ləğv edildi

Belçikanın aşağı büdcəli aviaşirkəti Ryanair-in əməkdaşları Yeni il tətili zamanı tətil etmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tətil səbəbiylə 100-dən çox reys ləğv edilib.

Həmkarlar ittifaqları tətil qərarının Ryanair-in maaşları, məzuniyyət sistemini və iş şəraitini yaxşılaşdırmaq, əmək haqqını vaxtında ödəmək məqsədilə qəbul edildiyini açıqlayıb.

Tətil səbəbindən Ryanair-in Belçikanın Şarlerua hava limanından Avropanın müxtəlif istiqamətlərinə həyata keçirdiyi 300 uçuşdan 115-i təxirə salınıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az