Tədqiqatçılar indiyə qədər ən böyük insan nəsil ağacını yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, elm aləminin hələ də maraq dairəsində olan bəşəriyyətin tarixi və onun ilk əcdadları ilə bağlı yeni bir araşdırma aparılıb.
Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxararaq, səkkiz müxtəlif verilənlər bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək nəhəng bir ailə ağacı yarada biliblər.
Tədqiqatın aparıcı müəllifi Dr Enthony Wilder Wohns araşdırma haqqında deyib:
“Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras qalıb. Məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər”.
Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticədə demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.