ABŞ Dövlət Departamenti Çinlə suverenlik münaqişəsində olan Tayvana tank əleyhinə minalama sisteminin satışını təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, verilən açıqlamada “Volcano” tank əleyhinə sistemi və bununla bağlı bütün avadanlıqların təxminən 180 milyon dollara başa gələcəyi qeyd edilib.
Qeyd olunub ki, Tayvanın silahlı qüvvələrini modernləşdirmək və müdafiə qabiliyyətini artırmaq səylərini dəstəkləyəcək "Vulkan" satışı ABŞ-ın milli, iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edir.
Bununla belə, satışın “bölgədəki əsas hərbi balansı dəyişməyəcəyi” vurğulanıb.