Yəməndə hökumətin Milli Təhqiqat Komitəsi bu ilin əvvəlindən dinc əhalinin qətliamları barədə məlumat yayıb.
Manset.az ensonhaber.com-a istinadən xəbər verir ki, bu ilin əvvəlindən bəri 447 mülki vətəndaş öldürülüb.
Öldürülən mülki şəxslərdən 35-nin qadın, 82-nin isə uşaq olduğu bildirilib.
Ölkədə insan hüquqlarının pozulması iddialarını araşdırmaq üçün yaradılan Komitənin verdiyi yazılı açıqlamada bildirir ki, “2022-ci ildə 35-i qadın, 82-si uşaq olmaqla 447 mülki şəxs öldürülüb, 84-ü qadın, 212-si olmaqla 891 nəfər yaralanıb.
Açıqlamada başda Taiz, Hudeyda, Marib, Lahıc və Dali olmaqla bütün vilayətlərdə 3411 qanun pozuntusunun aşkar edildiyi və bu pozuntuların adam öldürmə, yaralama, şikəst etmə, işgəncə vermə, zorla köçürmə, məhkəməsiz həbs, evlərin bombalanması, uşaqların hərbi xidmətə çağırılması, mülkün ələ keçirilməsi, dini, tibb və mədəniyyət müəssisələrinə basqın edilməsi, xüsusi mülkiyyətə ziyan vurması və talanması, cinsi zorakılıq və qadınların azadlıqlarının məhdudlaşdırılması kimi halları əhatə etdiyi qeyd olunub.
Davud