Ukrayna səfiri Belarus XİN-ə ÇAĞIRILDI

23:34 - 29 Dekabr 2022

Ukrayna səfiri Belarus XİN-ə ÇAĞIRILDI

Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bu gün Belarusa raket atılmasıdır.
Səfirə məsələ ilə bağlı kəskin etiraz bildirilib.

“Belarus hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus S-300 raketini vurub. Belarus tərəfi məsələyə ciddi yanaşır. Biz Ukrayna tərəfindən tələb etdik ki, cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün kompleks tədbirlər görülsün.”, - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələrinə məxsus “S-300” sisteminə aid raket Belarus ərazisinə düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az