Çanaqqala boğazı tranzit gəmiləri üçün bağlandı

11:05 - 30 Dekabr 2022

Çanaqqala boğazı tranzit gəmiləri üçün bağlandı

Türkiyənin İstanbul şəhərində Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, gecə yarısı qatılaşan duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.

Şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio ilə xəbərdarlıq edilib və boğazın tranzit gəmilərə ikitərəfli bağlandığı açıqlanıb.

Duman azalandan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.

Qeyd olunur ki, boğazda işləyən bərələrin hərəkəti davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az