Rusiyada "Vaqner" böhranı

11:36 - 30 Dekabr 2022

Rusiyada \"Vaqner\" böhranı

Rusiyanın muzdlu ordusu Vaqnerə aid bəzi əsgərlərin Rusiya Baş Qərargahını təhqir etdiyi video ölkəni çaşdırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Donbas cəbhəsində Rusiya adına döyüşən Vaqner əsgərləri topun başında çəkdikləri videoda Rusiya Baş Qərargah rəisi, general Valeriy Gerasimova təhqiramiz ifadələr işlədərək, “Sən haradasan? Biz burada bütün Ukrayna ordusuna qarşı döyüşərkən sən bizə artilleriya mərmiləri belə göndərmirsən. Dostlarımız cəbhədə can verərkən barmağını belə qaldırmırsan. Biz sənə sadəcə *** uşağı demək istəyirik” – deyiblər.

Sözügedən video internetdə sürətlə yayılanda Rusiyada hökumətyönlü media hərəkətə keçib. Xəbərdə bu videonun Ukrayna millətçiləri tərəfindən hazırlandığı və ordunu aşağılamaq məqsədi daşıyan təxribat olduğu bildirilib. Lakin bu xəbərlərdən sonra Vaqnerin rəhbəri Yevgeni Priqojinin açıqlamaları böhranı daha da gücləndirib.

Sosial media hesabından açıqlama verən Priqojin, “Gerasimovla bağlı video çəkən bölmədə oldum. Burada ukraynalı millətçilər yoxdur. Video cəbhədəki reallıqları əks etdirir” – deyib.

Kreml sarayı Vaqner böhranı qarşısında səssiz qalarkən, Rusiya parlamenti Müdafiə Nazirliyinin tərəfində mövqe tutub. Parlamentin Müdafiə Komitəsinin sədri general Viktor Sobolev sərt şəkildə deyib:

“Vaqner öz hüdudlarından kənara çıxıb. Onlar güman edildiyi kimi Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda böyük rol oynamırlar. Onlar Müdafiə Nazirliyinə, Baş Qərargah rəisinə belə münasibət sərgiləyə bilməzlər”.

Hadisələrdən sonra prezident Vladimir Putinin ötən ilin martında qəbul etdiyi “Rusiya ordusunu təhqir etmək qanunu” yada salıb. Qanuna görə, Rusiya Müdafiə Nazirliyini təhqir edən şəxslər və təşkilatlar üçün cərimələr və 15 ilədək həbs cəzası nəzərdə tutulur. İndi Rusiyada hər kəs Vaqnerin ordunu təhqir etdiyinə görə necə cəzalandırılacağı ilə maraqlanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az