Rusiyanın bir respublikasında spirtli içki satışına qadağa qoyuldu

13:24 - 30 Dekabr 2022

Rusiyanın bir respublikasında spirtli içki satışına qadağa qoyuldu

 

Rusiyanın Tuva Respublikasında yanvarın 8-dək spirtli içkilərin satışına tam qadağa qoyub. Qərar vətəndaşların təhlükəsizliyi əsas gətirilərək verilib.

 

Manset.az xəbər verir ki, hökumətin tövsiyəsi ilə Yeni il, Milad bayramları və istirahət günlərində ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə respublikanın bələdiyyələrində spirtli içkilərin satışına qadağa qoyulub.

Rəsmilərin polislə birlikdə satış məntəqələrində yoxlama aparmaları planlaşdırılır.

Kızıl meriyasının qərarından belə çıxır ki, spirtli içkiləri yalnız ictimai iaşə obyektlərində almaq mümkün olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az