İranda “Zülfiqar 1401” ordusunun birgə təlimi başladı

13:44 - 30 Dekabr 2022

İranda “Zülfiqar 1401” ordusunun birgə təlimi başladı

İranda “Zülfiqar 1401” ordusunun birgə təlimi başlayıb.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hərbi tədbir ölkənin cənub-şərq bölgələrində, Makran sahillərində, Hörmüz boğazından şərqdəki Qvatar limanı və Oman dənizinə qədər olan ərazilərdə keçirilir.

Məlumata görə, zirehli transportyor ilə təmin edilən piyada qoşunları, gəmilər və sualtı qayıqların cəlb olunduğu təlimdə artıq əməliyyat mərhələsi başlayıb.

O da bildirilir ki, təlim ordunun illik təqviminə uyğun olaraq döyüş hazırlığının gücləndirilməsi istiqamətində tapşırığın icrası ilə əlaqədar keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az