Ərimə 10 il dözə bilmədim - Mişel Obama

14:40 - 30 Dekabr 2022

Ərimə 10 il dözə bilmədim - Mişel Obama

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama əri, ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə evliliklərinin bir dönəmində dözə bilmədiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mişel Obama ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə evliliyinin bir müddət əziyyət verdiyini bildirib. İki qızlarının gənc olduğunu və Barak Obamanın siyasətdə yüksəlişi zamanı evliliklərində çətinlik çəkdiklərini izah edən 58 yaşlı keçmiş birinci xanım həm prezident ailəsi olmağın, həm də övlad böyütməyin cütlük olaraq həyatlarına mənfi təsir etdiyini bildirib.

“Bunu deyəndə insanlar mənim xain olduğumu düşünür. Amma 10 illik bir dövr oldu ki, həyat yoldaşıma dözə bilmədim. Təsəvvür edin, bu nə vaxt idi? Uşaqlarımızın balaca olduğu illər”.

Karyeralarını qurmağa çalışdıqları müddətdə uşaq baxımı ilə çox yükləndiyini deyən Obama, bunun ədalətsizlik olduğunu düşündüyünü bildirib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az