Kiyev yenidən raket hücumuna məruz qaldı

17:14 - 31 Dekabr 2022

Kiyev yenidən raket hücumuna məruz qaldı

Ukraynanın paytaxtı Kiyev yenidən raket zərbələrinə məruz qalıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərdə "Sığınacaqlarda qalın!" siqnalları verilməyə başlayıb.

Kiyev meri Vitali Klişko teleqram hesabında məsələyə aydınlıq gətirib.

"Şəhərə atılan raketlərdən biri paytaxtın Solomenski rayonundakı yaşayış binaları arasında eşidilib. Bütün xidmətlər çalışır, həkimlər artıq hadisə yerindədirlər", - deyə mer bildirib.

Raket zərbəsi nəticəsində dağılan binalardan birinin hotel olduğu qeyd olunub.

Ölən və xəsarət alanlar barədə əlavə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az