Papa dünyanı sülhə çağırdı

18:07 - 01 Yanvar 2023

Papa dünyanı sülhə çağırdı

Roma Papası Fransisk bütün dünyanı Yeni il münasibətilə təbrik edib.

 

Manset.az xəbər verir ki, Papa ənənəvi bazar günü çıxışında Roma-katolik kilsəsinin qeyd etdiyi 1 yanvar Ümumdünya Sülh Günündə insanları sülhə çağırıb.

“Bu gün ölüm və dağıntı səpən müharibənin yolverilməzliyi getdikcə daha aydın hiss olunur. Ümidimizi itirmirik. Pandemiya təcrübəsi bizə öyrədir ki, heç kim təkbaşına xilas ola bilməz, amma birlikdə sülh və inkişaf yollarında gedə bilərik. Müharibəyə yox! Silahlanma yarışına yox!”, - Papa bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az