Ukraynada jurnalistlərin qaldığı hotel bombalandı - VİDEO

13:34 - 02 Yanvar 2023

Ukraynada jurnalistlərin qaldığı hotel bombalandı - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov bildirib ki, son sutka Kiyevdə ən qaynar gecələrdən biri olub. Belə ki, şəhər raket və dron hücumlarına məruz qalıb. M.Aslanov son üç gündə Kiyevin hədəfə alınmamış ərazisinin qalmadığını qeyd edib. Xoşbəxtlikdən hücumların əksəriyyəti Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən dəf edilib.

Eləcə də Ukraynadakı hadisələri öz gözləri ilə görmək üçün Kiyevə gələn jurnalistlərin qaldığı hotel də bombalanıb. Amma raket düşən zaman jurnalistlər hoteldə olmayıblar. Hotelin həyətində olan yaponiyalı jurnalist isə qəlpə yarası alıb. 

Ətraflı videonu təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az