Ukrayna ordusu müharibədə işğal olunmuş ərazilərin bu qədərini azad edib

09:41 - 03 Yanvar 2023

Ukrayna ordusu müharibədə işğal olunmuş ərazilərin bu qədərini azad edib

Ukrayna Silahlı Qüvvələri və müdafiə qüvvələrinin digər hissələri fevralın 24-dən sonra işğal olunmuş ərazilərin 40%-ni və Rusiya Federasiyasının işğal etdiyi bütün ərazilərin 28%-ni azad edib.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

“Sağ sahil Xerson vilayətinin azad edilməsi işğaldan azad edilmiş ərazilərin ümumi sahəsini demək olar ki, 40 min kv.km-ə çatdırıb”, - deyə o, məlumat verib.

Artıq dərc edilmiş məlumatlara görə, bu gün Ukrayna ümumi uzunluğu 3786 km olan quru sektorunda düşmənin qarşısını almaqda davam edir. Təcavüzkarla aktiv cəbhə xətti 1500 km-dir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az