Ermənistanda son 2 gündə yol qəzalarında 5 nəfər ölüb, 50 nəfər yaralanıb

12:54 - 03 Yanvar 2023

Ermənistanda son 2 gündə yol qəzalarında 5 nəfər ölüb, 50 nəfər yaralanıb

Bu ilin yanvarın 1-2 tarixlərində Ermənistanda baş verən yol qəzalarında 5 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, bu günlərdə baş vermiş yol qəzalarının sayı 41-dir.

Həmçinin Ermənistanda yeni ilin ilk günlərində 65 cinayətin üstü açılıb. Onlardan 25-i məişət zorakılığı, 6-sı narkotik vasitələr, 4-ü dələduzluq, 3-ü oğurluq, 2-si silah saxlama və əmlakın məhv edilməsi və 1 cinayət vəzifə saxtakarlığı və ya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır.

O da əlavə olunub ki, axtarışda olan iki şəxs polis tərəfindən saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az