İstanbulda İŞİD üçün videolar hazırlayan şəxs saxlanıldı

13:57 - 03 Yanvar 2023

İstanbulda İŞİD üçün videolar hazırlayan şəxs saxlanıldı

İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD terror təşkilatı üzvlərinə qarşı xüsusi əməliyyatlar həyata keçirir.

 

Manset.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təşkilatın Türkiyədə planlaşdırdığı terror aktlarının reklam xarakterli videolarını hazırlayan şəxs saxlanılıb. Onun İstanbulda yaşadığı mənzildə rəqəmsal materiallar ələ keçirilib.

M.A. adlı şübhəli müfaviq hüquqi prosedurlardan sonra həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az