Təbrizdə “Omikron”un alt ştammı tapıldı - FOTO

16:13 - 03 Yanvar 2023

Təbrizdə “Omikron”un alt ştammı tapıldı - FOTO

Təbrizdə “Omikron” alt ştammı aşkar edilib.

Manset.az  xəbər verir ki, “Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu Təbriz Tibb Elmləri Universitetinin Səhiyyə məsələləri üzrə prorektoru Hüseyn Həqqayi deyib.

O bildirib ki, Şərqi Azərbaycan əyalətində aparılan koronavirus testlərinə əsasən, əyalətdə “BQ1” və “XBB” adları olan “Omikron”un yeni alt ştammına bir neçə yoluxma halı müşahidə olunub.

Həqqayinin sözlərinə görə, yoluxmuş insanlar karantində olsalar da, çinlilərin Şərqi Azərbaycana gediş-gəlişi səbəbindən koronavirus xəstəliyinin yeni ştammına yoluxma ehtimalı daha yüksəkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az