Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

23:22 - 03 Yanvar 2023

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.

 

Manset.az NTV telekanalına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Sabah Prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”, - o, NTV telekanalının efirində deyib.

Kalının sözlərinə görə, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanmasını müzakirə etmək niyyətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az