Makeyevkada ölən rusiyalı hərbçilərin sayı artdı

09:56 - 04 Yanvar 2023

Makeyevkada ölən rusiyalı hərbçilərin sayı artdı

Ukrayna ordusunun Makeyevka şəhərinə raket zərbəsi endirməsi nəticəsində ölən rusiyalı hərbçilərin sayı artıb.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, hadisə nəticəsində 89 rusiyalı hərbçi ölüb.

Bildirilir ki, ölənlər arasında polkovnik-leytenant Baçurin də olub.

Xatırladaq ki, yanvarın 1-i Ukrayna ordusu “HIMARS” reaktiv yaylım atəşi sistemləri ilə Makeyevka şəhərində Rusiya hərbçilərinin yerləşdiyi bölgəyə zərbə endirib. Sözügedən şəhər Ukraynanın Donetsk vilayətində, Rusiyanın nəzarəti altında olan ərazidə yerləşir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az