Ərdoğan Putin və Zelenskiyə bunu təklif edəcək

11:19 - 04 Yanvar 2023

Ərdoğan Putin və Zelenskiyə bunu təklif edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə planlaşdırılan telefon danışıqları zamanı Ankaranın danışıqlar prosesində vasitəçiliyini bir daha təklif edəcək.

Manset.az Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, Ərdoğan atəşkəsə nail olmaq üçün danışıqlar prosesinin bərpası istiqamətində səylərini davam etdirmək niyyətindədir:

"İki tərəflə danışıqlar aparmaq imkanı əldə edən Türkiyə prezidenti öz vasitəçiliyini təklif etməyə davam edəcək”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, telefon danışığı bu gün baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az