Zelenski ilə Rumıniya Prezidenti arasında telefon danışığı olub

19:20 - 04 Yanvar 2023

Zelenski ilə Rumıniya Prezidenti arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rumıniya Prezidenti Klaus Yohannis arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti tviter səhifəsində məlumat yayıb.

Liderlər Ukrayna-Rumıniya əməkdaşlığının, ilk növbədə, müdafiə sənayesində daha da inkişaf etdirilməsi üçün addımlar barədə razılığa gəliblər.

“Rusiyanın təcavüzünə qarşı mübarizədə Rumıniyanın həmrəyliyinə və dəstəyinə görə təşəkkür etdim. Biz sülh formulunu və ikitərəfli gündəmdəki məsələləri müzakirə etdik”, - deyə Zelenski yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az