Koronavirusun yeni ştamı artıq 29 ölkədə AŞKARLANDI

10:02 - 05 Yanvar 2023

Koronavirusun yeni ştamı artıq 29 ölkədə AŞKARLANDI

Koronavirusun Omicron XBB.1.5 ştamı yayılmaqda davam edir.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ştam artıq 29 ölkədə aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirib: “Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropa və ABŞ-nin şimal-şərqində. Orada yeni ştam mövcud olan altvariantları tez bir zamanda əvəzləyib”.

Omicron XBB.1.5 ştamının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil.

Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az