Şahzadə Harri “Taliban”ın 25 üzvünü məhv etdiyini etiraf etdi

10:40 - 06 Yanvar 2023

Şahzadə Harri “Taliban”ın 25 üzvünü məhv etdiyini etiraf etdi

Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda hərbi xidmətdə olarkən “Taliban” terror qruplaşmasının 25 iştirakçısını zərərsizləşdirdiyini etiraf edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə şahzadənin yanvarın 10-u işıq üzü görəcək “Spare” adlı memuarlarında qeyd olunub.

Harrinin sözlərinə görə, o, bundan məmnun olmasa da, utanc hissi də keçirməyib.

Qeyd edək ki, şahzadə Harri 2005-ci ildən 2015-ci ilə qədər orduda xidmət edib və mayor rütbəsi ilə ehtiyata çıxıb. Harri 2008 və 2012-ci ildə Əfqanıstan ərazisində döyüş əməliyyatlarında iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az