"Caliber" Ermənistan XİN başçısının Avropa Parlamentindəki qapalı görüşü barədə süjet hazırladı - VİDEO

13:57 - 31 Yanvar 2023

\"Caliber\" Ermənistan XİN başçısının Avropa Parlamentindəki qapalı görüşü barədə süjet hazırladı - VİDEO

Avropa Birliyinin paytaxtında Avropa Parlamentinin deputatları ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında qapalı görüş baş tutub. Görüşdə A.Mirzoyan avropalı parlamentarilərin bir sıra nahamar suallarına cavab verməli olub.

 

Manset.az xəbər verir ki, bu barədə “Caliber” yutub layihəsinin növbəti süjetində qeyd olunur.

Müəllif vurğulayır ki, Estoniyadan olan deputat Marina Kalyurand Mirzoyana Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının perspektivləri ilə bağlı sual verib. Bu suala Mirzoyan: “Hər şey mümkündür”, - cavabını verib.

“İrəvan Ermənistanın KTMT-dən çıxması ilə bağlı istənilən müzakirələrə hazırdır. Ermənistan öz təhlükəsizliyi məsələsində vakuuma yol verə bilməz”, - deyə Ararat Mirzoyan vurğulayıb.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az