"Yeni Malatyaspor"un baş məşqçisi Yılmaz Vural Malatyada baş verən zəlzələdə dağıntılar altında qalan Ahmet Eyüp Türkaslanın həyatını itirdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, İştirak etdiyi canlı yayımda göz yaşlarını saxlaya bilməyən Vural, təəssüf ki, Ahmet Eyüp Türkaslanın həyatını itirdiyini bildirib, yaxınlarına başsağlığı verib. “Təəssüf ki, Ahmet Eyüp Türkaslanın cansız bədəni tapılıb".
Dağıntılar altından çıxarılan Türkaslanın həyat yoldaşı Kübra Türkaslan videoda göz yaşlarına hakim ola bilməyərək Eyüpə kömək edin demişdi.
Davud