Türkiyədə məktəblərdə tətilin vaxtı uzadıldı

18:51 - 09 Fevral 2023

Türkiyədə məktəblərdə tətilin vaxtı uzadıldı

Türkiyənin 81 rayonunda məktəblər 20 fevrala qədər bağlı olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özər məlumat verib.

O, ölkə daxilində məktəblərin fevralın 20-nə qədər təhsili dayandıracağını açıqlayıb.

Bundan öncəki qərara görə, məktəblər fevralın 13-nə qədər bağlanmışdı.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az