Türkiyənin zəlzələdən ziyan çəkmiş bölgələrinə təbii qaz verilməyə başlanıb.
Manset.az xəbər verir ki, baş verən zəlzələlərdən sonra təhlükəsizlik tədbirləri çərçivəsində kəsilən təbii qaz mərhələli şəkildə bərpa edilir.
Bu çərçivədə Boru Kəmərləri və Benzin Nəqliyyatı AŞ (BOTAŞ) təbii qazın Kahramanmaraş, Pazarcık və Narlı, Qaziantep , Nurdağı və İslahiye, Hatayın Reyhanlı və Hassa rayonlarının şəhər giriş stansiyalarına çatdırıldığı bildirilib.
BOTAŞ isə təbii qazın sabah Hatay şəhər mərkəzi və Kırıkhane mərkzindəki şəhər giriş stansiyalarına çatdırılmasını planlaşdırıldığını açıqlayıb.
Jalə
Manşet.az