Fevralın 6-da Türkiyədə baş verən zəlzələdə ölənərin sayı 17 min 406 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrəddin Koca məlumat verib.
Nazirin bildirdiyinə görə, təbii fəlakət nəticəsində 71 min 866 nəfər yaralanıb.
***22:34
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 min 134 nəfərə çatıb.
Manset.az xəbər verir ki, rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 70 min 347 nəfər yaralanıb.
***19:40
Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.