ABŞ Türkiyə və Suriya üçün bu qədər pul ayıracaq

09:06 - 10 Fevral 2023

ABŞ Türkiyə və Suriya üçün bu qədər pul ayıracaq

ABŞ administrasiyası Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra bu ölkələrə humanitar yardım məqsədilə 85 milyon dollar ayıracaq.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlərlə əlaqədar artan humanitar ehtiyacların ödənilməsi üçün 85 milyon dollar ayıracaq. Vəsait humanitar təşkilatlar vasitəsilə hər iki ölkədə zərərçəkmiş milyonlarla insana təcili ehtiyac duyulan yardımın çatdırılmasına yönəldiləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az