Dünya Bankı Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə 1 milyard 780 milyon dollar yardım ediləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bankın bəyanatında deyilir ki, fəlakətin miqyasını qiymətləndirmək və bərpa və yenidənqurma işlərinə dəstək üçün prioritet sahələri müəyyən etməklə bağlı zərərin sürətli qiymətləndirilməsinə başlanılıb.
Türkiyənin cənub-şərqində böyük insan tələfatı, yaralanma və çox ciddi dağıntılara səbəb olan dağıdıcı zəlzələ və afterşoklardan sonra xilasetmə və bərpa işlərinə kömək məqsədilə 1 milyard 780 milyon dollar veriləcəyi qeyd edilib.
Bankın açıqlamasında zəlzələlərdən zərər çəkmiş insanlara dəstək üçün 1 milyard dollarlıq resursun hazırlandığı və yardımın bələdiyyə səviyyəsində əsas infrastrukturun yenidən qurulması üçün istifadə olunacağı bildirilib.
Manşet.az