Türkiyədə zəlzələ nəticəsində 4 azərbaycanlı həyatını itirdi

12:16 - 10 Fevral 2023

Türkiyədə zəlzələ nəticəsində 4 azərbaycanlı həyatını itirdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş zəlzələlərdə 4 Azərbaycan vətəndaşının həyatını itirdiyini, 395 vətəndaşın isə zəlzələ bölgəsindən təxliyə edildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, episentri Kahramanmaraş olan ətraf vilayətlərdə böyük dağıntılara səbəb olan iki güclü zəlzələdən sonra Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması prosesi davam edir.

Zəlzələdə 4 Azərbaycan vətəndaşının həyatını itirdiyi, onlardan birinin Türkiyədə torpağa tapşırılacağı, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi üçün lazımi prosedurların həyata keçirildiyi açıqlanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az