Zəlzələ qəbiristanlığı... - Burada adları nömrələr əvəz edir

16:17 - 10 Fevral 2023

Zəlzələ qəbiristanlığı... - Burada adları nömrələr əvəz edir

Episentri Kahramanmaraşda yerləşən və ümumilikdə 10 vilayəti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həyatını itirən minlərlə insan dəfn edilir.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeraltı təkanların ciddi ziyan vurduğu vilayətlərdən biri olan Hatayın Antakya rayonunda “zəlzələ qəbiristanlığı” yaradılıb. Həmçinin ərazidə cənazələrin yuyulması və məscid sahələri təşkil edilib.

Cənazələr xəstəxanadan “zəlzələ qəbiristanlığı”na gətirilir və dini vacibat yerinə yetirilərək dəfn olunur.

Prosesi sürətləndirmək və qarışıqlığa yol verməmək üçün məzar daşları ad əvəzinə nömrələnir.

Qeyd edək ki, ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) son məlumatına görə, ölənlərin sayı 18 991 nəfərə çatıb. Yaralıların sayı isə 75 523 nəfərə yüksəlib.

 





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az