ABŞ dövlət katibi Antoni Blinken “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyənin Vaşinqtondakı səfirliyinə başsağlığı ziyarəti edib.
Manset.az Türkiyə mediasına istinadın xəbər verir kk, Blinken episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün səhər saatlarında Türkiyənin Vaşinqton səfirliyinə gəlib.
Səfir Həsən Murat Mercan tərəfindən qarşılanan Blinken Mercana başsağlığı verib.
Daha sonra səfirlikdə yaradılan başsağlığı kitabını imzalayan Blinken, özüm və Amerika xalqı adından Türkiyə xalqına verdikləri böyük itkiyə görə başsağlığı verirəm. Birləşmiş Ştatlar sizin yanınızdadır. Türkiyə bizim müttəfiqimiz və dostumuzdur. Biz birlikdə onu yenidən quracağıq sözləri qeyd edib.
Çıxışda jurnalistlərin suallarını cavablandıran Blinken bir çox insan həyatını itirdi, həyat sarsıldı, amma deyə bilərəm ki, ABŞ Türkiyə ilə güclü həmrəylik içərisindədir. Onu yenidən qurmaq üçün birlikdə çalışacağıq. Hazırda ehtiyacı olanlara dəstək olmaq üçün əlimizdən gələn hər şeyi edirik deyib.
Jalə
Manşet.az