Rusiyanın bu gün atdığı 71 raketdən 61-i məhv edilib - Ukrayna

20:46 - 10 Fevral 2023

Rusiyanın bu gün atdığı 71 raketdən 61-i məhv edilib - Ukrayna

"Rusiyanın ölkənin kritik infrastrukturlarına hücumları zamanı atdığı 71 raketdən 61-nin məhv edilib".

 

Manset.az xəbər verir ki, bi barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlamaya yayıb.

Komandanlıqdan verilən yazılı açıqlamada Rusiya ordusunun Xəzər dənizi və Rusiyanın Volqodonsk şəhəri tərəfindən 8 Tu-95MS strateji bombardmançı təyyarəsi və Qara dənizdəki gəmilərindən “Kalibr” qanadlı raketləri ilə Ukraynanı havadan vurduğu qeyd edilib.

Ukrayna Hərbi Hava Qüvvələri 61 raket və 5 kamikadze pilotsuz uçuş aparatını məhv edildiyini qeyd edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az