"Rusiyanın ölkənin kritik infrastrukturlarına hücumları zamanı atdığı 71 raketdən 61-nin məhv edilib".
Manset.az xəbər verir ki, bi barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlamaya yayıb.
Komandanlıqdan verilən yazılı açıqlamada Rusiya ordusunun Xəzər dənizi və Rusiyanın Volqodonsk şəhəri tərəfindən 8 Tu-95MS strateji bombardmançı təyyarəsi və Qara dənizdəki gəmilərindən “Kalibr” qanadlı raketləri ilə Ukraynanı havadan vurduğu qeyd edilib.
Ukrayna Hərbi Hava Qüvvələri 61 raket və 5 kamikadze pilotsuz uçuş aparatını məhv edildiyini qeyd edib.
Jalə
Manşet.az