Türkiyədəki zəlzələdən sonra qiymət artıran şirkətlər cərimələndi

21:59 - 10 Fevral 2023

Türkiyədəki zəlzələdən sonra qiymət artıran şirkətlər cərimələndi

Türkiyədəki zəlzələdən sonra süni şəkildə qiymətləri artıran 353 şirkət cərimə edilib.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, qiymət artımı edən 353 şirkət ümumilikdə 85 milyona lirəyə yaxın cərimə edilib:

“Vətəndaşların hədsiz qiymət artımı ilə bağlı şikayətlərindən sonra Ticarət Nazirliyi araşdırmaya başlayıb. Nazirlik tərəfindən pərakəndə satış məntəqələrində və elektron ticarət bazarlarında məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Araşdırmalar nəticəsində qiymətləri hədsiz dərəcədə artırdığı hesab edilən 353 şirkətə ümumilikdə 84 milyon 975 min türk lirəsi inzibati cərimə tətbiq edilməsinə qərar verilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az