196 ölkə Türkiyəyə humanitar yardım toplayır - BMT

22:46 - 10 Fevral 2023

196 ölkə Türkiyəyə humanitar yardım toplayır - BMT

“BMT Baş Assambleyasının təşəbbüsü ilə hazırda təşkilata üzv olan 196 ölkənin daimi nümayəndəlikləri Türkiyəyə humanitar yardım toplayır”.

 

Manset.az xəbər verir ki, Report-un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, yardım kampaniyası BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosinin təşəbbüsü ilə başladılıb.

“Humanitar yardımlar Nyu-Yorkda Türk Evində yerləşən Türkiyə missiyasında toplanır. Baş Assambleyanın prezidenti katiblikdəki üzvləri bacardıqları qədər yardım etməyə təşviq edir. Aspirindən tutmuş qış paltarları, gödəkçələr, yastıqlar və ehtiyac duyulan hər şey ianə edilə bilər”.

Paulina Kubiak BMT-də akreditə olmuş 200-dən çox jurnalisti də humanitar yardımda köməklik etməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az