Maşını ilə yardım daşıyan Sərvər Türkiyəyə gedəcək - VİDEO

11:18 - 11 Fevral 2023

Maşını ilə yardım daşıyan Sərvər Türkiyəyə gedəcək - VİDEO

Bakıda Türkiyə üçün təşkil olunan yardım məntəqələrinə köhnə maşını ilə yorğan-döşək aparan paytaxt sakini Sərvər Bəşirlidən yeni xəbər var.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, Türkiyəyə yola düşəcək. Bununla da Sərvər zəlzələ bölgəsində əziyyət çəkənlərə yardım paylayacaq. 

Bu barədə Türkiyə mətbuatında xəbərlər yer alıb. 

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə yayılan fotoda Türkiyəyə yardım əlini uzadan Sərvər Bəşirli öz köhnə, qırmızı rəngli maşını ilə çağırış məntəqəsinə yorğan-döşək və isti geyimlər daşıyırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az