Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində bir bina belə uçmayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Erzin rayon bələdiyyəsinin sədri Ökkeş Elmasoğlu açıqlama verib.
Bələdiyyə sədri bunun səbəbini heç vaxt inşaat işlərində qanunsuzluqlara yol vermədiyi ilə əsaslandırıb: “Mən qaçaq işlərə yol vermədim. Ona görə də, hətta yaxın qohumum belə, “Türkiyənin doğru adamı tək sənsən?”, - deyə məndən icimişdi. Buna görə vicdanım çox rahatdır”.
Elmasoğlu deyib ki, zəlzələ nəticəsində bina uçmadığı üçün ölən və yaralanan da olmayıb: “Erzindən kənarda - İskəndərun, Hatay, Osmaniyədə yaşayan 50-60 sakinimiz hadisə nəticəsində öldü. Ancaq Erzində zəlzələ zamanı ölən və yaralanan olmadı”.
Təbii fəlakətdən zərər görməmələrinin səbəbindən bəhs edən bələdiyyə sədri deyib ki, onun dönəmində rayon ərazisində qanunsuz tikintiyə icazə verməyib: Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olanların sayı 21 043 nəfərə çatıb, 80 097 nəfər yaralanıb, minlərlə insan itkindir.