Xilasedicilərimiz 128 saat sonra 2 bacını dağıntılardan sağ çıxardı - VİDEO

17:54 - 11 Fevral 2023

Xilasedicilərimiz 128 saat sonra 2 bacını dağıntılardan sağ çıxardı - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

 

Bu barədə Manset.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı - 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az