İŞİD kimi təşkilatlar zəlzələ ilə terror fürsəti ələ keçirdi – XƏBƏRDARLIQ

11:05 - 13 Fevral 2023

İŞİD kimi təşkilatlar zəlzələ ilə terror fürsəti ələ keçirdi – XƏBƏRDARLIQ

ABŞ-ın “The Media Line” xəbər saytı zəlzələ ilə Türkiyədə terror təhlükəsinin artdığını iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yaxın Şərqə diqqət çəkən sayt 7 fevral tarixli xəbərində Türkiyə ilə yanaşı Suriyanı da vuran Maraş zəlzələlərinin Ankaranın terrorla mübarizəsinə zərbə vura biləcəyini və Suriya silahlılarının ölkəyə girməsinə səbəb ola biləcəyini iddia edib.

Mövzu ilə bağlı Üsküdar Universitetində Siyasi Elm və Beynəlxalq Münasibətlər sahəsinin akademiki Hamoon Khelghat-Doost deyib:

“Hazırda Türkiyə və müttəfiqləri yalnız dağıdıcı zəlzələ və onun nəticələri ilə bağlı nə edəcəyinə diqqət yetirib. Türkiyə dövlətinin zəlzələ ilə bağlı problemləri həll etmək üçün bütün imkanlarından istifadə etməsi ekstremist təşkilatlar üçün qaçırılmaz bir zaman deməkdir. Hər hansı hadisə, o cümlədən təbii fəlakətlər bir xalqın diqqətini sərhədlərini qorumaqdan başqa bir işə yönəldirsə, İŞİD kimi ekstremistlər bunu çox alqışlayırlar”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az