Hollandiyada Qurani-Kərimə qarşı növbəti hörmətsizlik

11:12 - 13 Fevral 2023

Hollandiyada Qurani-Kərimə qarşı növbəti hörmətsizlik

Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Utrext şəhərində təkbaşına keçirdiyi aksiya zamanı Quranı növbəti dəfə cırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vaqensveld Utrext şəhərində Quranın üstünə çıxaraq başqa bir Quranı cırdığı şəkli sosial media hesabında paylaşıb. Paylaşımında cırılmış Quranı evinə aparıb yandıracağını bildirən Vaqensveld, tək başına keçirdiyi nümayişə icazə və yardım etdikləri üçün Utrext merinə və polisə təşəkkür edib.

O, daha əvvəl də, yanvarın 22-də Haaqadakı müvəqqəti Hollandiya parlamenti binası qarşısında tək başına keçirdiyi nümayişdə polisin himayəsi altında Quranı cırmışdı.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az