Sankt-Peterburqda parklanma üstündə DAVA: 2 azərbaycanlı bıçaqlandı

12:24 - 13 Fevral 2023

Sankt-Peterburqda parklanma üstündə DAVA: 2 azərbaycanlı bıçaqlandı

Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborq rayonunda baş verən münaqişə zamanı iki Azərbaycan vətəndaşı bıçaqlanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə onların 3 naməlum şəxslə münaqişəsi zamanı baş verib.

Belə ki, bir nəfər bıçaq çıxararaq azərbaycanlıların birini sinəsindən, digərini isə qarnından yaralayıb.

29 və 33 yaşlı yaralılar xəstəxanaya aparılıb. Onlardan biri reanimasiyaya yerləşdirilib.

İddialara görə mübahisəyə səbəb parklanma olub.

Qeyd edilir ki, hücum edənlər "Mercedes-Benz" markalı avtomobillə hadisə yerindən qaçıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az