Zəlzələdən sonra “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” zəlzələdən zərər çəkənlər üçün hərəkətə keçib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, böyük dördlük zəlzələdən zərər çəkənlərə kömək etmək üçün satışa ümumi forma təklif edəcək. Bildirilib ki, bu xüsusi formadan əldə edilən bütün gəlir zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün istifadə olunacaq.
Manşet.az