Rusiya neftinin 80 faizindən çoxunu bu ölkələrə satmağı planlaşdırır

16:34 - 13 Fevral 2023

Rusiya neftinin 80 faizindən çoxunu bu ölkələrə satmağı planlaşdırır

Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya Energetika Nazirliyinin nəşr etdiyi “Enerji Siyasəti” jurnalı üçün yazdığı məqalədə enerji bazarlarında baş verən son hadisələri dəyərləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Novak 2022-ci ildə təbii qaz ixracatını azaltdıqlarını və neft ixracatını artırdıqlarını ifadə edərək, "Bu il neftimizin yüzdə 80-dən çoxunu və neft məhsullarımızın 75 faizini dost ölkələrə ixrac etməyi planlaşdırırıq" – deyib.

Rusiyanın 2022-ci ildə təbii qaz ixracatını azaltdığını qeyd edən Novak, "2022-ci ildə təbii qaz hasilatı 673,8 milyard kubmetr oldu. İxrac 25,1% azalaraq 184,4 milyard kubmetr oldu" - əlavə edib.

O, təbii qaz ixracının azalmasının əsas səbəbləri kimi Avropa ölkələrinin Rusiya qazı alışının azalması və Şimal axını 1 və 2 boru kəmərlərindəki partlayışları göstərib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az