İran "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrdə qurulmaq üçün Türkiyəyə 1000 çadır göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin verdiyi çadırları daşıyan 3 təyyarə Tehranın Mehrabad hava limanından Qaziantepə yola düşüb. Təyyarələrdə çadır quracaq kadrlar da var.
Manşet.az