Türkiyənin Adıyaman vilayətində baş verən zəlzələdə bir çox bina dağılsa da, 40 illik saat qülləsi dağıntılar arasında sağlam qalıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 4 mindən çox insan həyatını itirdiyi vilayətdə qartal formalı saat qülləsi zəlzələ baş verdiyi saatda, 04.17-də dayanıb.
Saat əsrin fəlakətinin göstəricisi olaraq yol ayrıcında qalıb.
Qeyd edək ki, zəlzələdən 8 gün keçməsinə baxmayaraq, xiasetmə qrupları dağıntılar altında qalan insanları çıxarmaq üçün mübarizəni davam etdirir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində azı 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.